Bu mövsüm Almaniya Bundesliqasında işləri yolunda getməyən "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandasının uğursuz çıxışını dəyərləndirib:
"Mövsümün ikinci yarısına yaxşı hazırlaşmışıq. Lakin "Ausburq"la oyunda çatışmazlıqlar oldu. Lakin komandanın Bundesliqada qalması üçün lazımi xalları toplayacağına inanıram. İstefa verməyi də düşünmürəm. Bunu məndən gözləməyin".