"Qəbələ" - AZAL - QISA BAXIŞ

12:31 6 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları keçiriləcək. Meydana ilk olaraq ötən turda qələbə qazanan “Qəbələ” və AZAL komandaları çıxacaq. Saat 14:00-da başlayacaq oyunun gərgin keçəcəyi indidən məlumdur.

 

“Qəbələ” və AZAL şanslarından istifadə edə bilcəkmi?

Oyuna ötən tur dağılmaqda olan autsayder “Bakı” klubuna qalib gələn meydan sahibləri daha iddialı çıxacaqlar. Roman Qriqorçukun gəlişindən sonra nizam-intizamda ciddi yöndə möhkəmlənən qırmızılar, həm də bu günün digər oyununda “Simurq”un “Neftçi” qarşısında büdrəməsinə ümüd bəsləyəcəklər. Bu mənada “Qəbələ” qələbə qazanacağı halda üçlüyə daha da yaxınlaşa bilər. Əks halda diqtəsi ilə seçilən Qriqorçukun əsas heyətə yenidən əl gəzdirə biləcəyinə inanamaq olar.

Ötən tur gözlənilmədən artırma dəqiqələrində qələbəni təmin edən “təyyarəçilər”i də hesabdan silmək olmaz. Tərlan Əhmədovun yetirmələri fürsətcil olmaqları ilə seçilir ki, əllərinə düşən şanslardan maksimum yararlanmağa çalışmaları onların ən böyük silahıdır. Həmçinin, qonaqların sabit müdafiə xəttinin olmamasını da vurğulamaq lazımdır.

AZAL bu oyunda qələbə qazanmaqla autsayderlərdən daha da uzaqlaşmaqla yanaşı, “Qəbələ”ni də geridə qoya bilər.

Heç-heçə isə hər iki komanda üçün uğursuz nəticə sayılacaq. Tərəflər qalibi ayırd edə bilməyəcəyi halda bu nəticədən daha çox premyerliqanın digər iştirakçıları xeyir götürə bilər.

 

Uğur arxasınca qaçan iki məşqçi

“Neftçi”dən qalmaqalla ayrılan Tərlan Əhmədov özünü AZAL-da doğrultmağa çalışır. Ötən tur “Neftçi” ilə oyunda çılğınlığı ilə seçilən Əhmədovun yerində saymaq üçün yox, uğur qazanaraq özünü sübut etmək  üçün çalışdığı açıq-aydın görünür. Əhmədov, əlində olan azbüdcəli heyətdən əzimkar komanda formalaşdırmağı bacarıb. “Təyyarəçilər”  Əhmədovun gəlişindən sonra bir-neçə dəfə boyundan yuxarı adlamağı bacarıb ki, bu da məs sona qədər döyüşkən oynamalarının nəticəsidir.

Roman Qriqorçukun gəlişindən sonra eyni sözləri “Qəbələ” üçün də demək olar. Daha çox inadı ilə seçlən baş məşqçi həm də ötən dövrədə itirilən xalları qələbələrlə sığortalamağa çalışır. Kamran Ağayevin gedişindən sonra qırmızılarda qapı xəttində problem yaranacağı gözlənilsə də, ötən tur etibarlı müdafiə xətti və xüsusi intizamlılıq Qriqorçukun komandaya böyük mənada xeyir verəcəyinin aşkar göstəricisidir.


Digər xəbərlər

Xəbər xətti