Rusiyalı iş adamı Əlişir Usmanov Rusiya Futbol İttifaqına 400 milyon rubl güzəştli kredit ayıracaq.
Pullar Rusiya yığmasının baş məşqçisi Fabio Kapellonun borcunun ödənilməsinə sərf ediləcək. Bu məbləğ baş məşqçiyə olan borcun böyük bir qismini ödəməyi təmin edəcək. İtalıyalı məşqçinin borcunun qalan hissəsinin qaytarılamsının mənbəyi hələki məlum deyil.
Xatırladırıq ki Rusiya yığmasının məşqçilər heyəti 2014-cü ilin iyunundan maaşlarını ala bilmir. Verilən məlumatlara görə məşqçilər korpusu qarşısındakı borc 600 milyon rubla yaxındır.(avrofutbol.com)