Fevralın ayının sonlarında Antalyada bir həftəlik təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamızın yoxlama görüşlərinin vaxtı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, U-21 yığmamız sınaqları fevralın 23-də və 26-da baş tutacaq.
Hazırda bir-neçə klubla danışıq aparılır və hətta rəqiblərdən biri məlumdu. Baş məşqçi Yaşar Vahabzadə fevralın 26-da Çin klublarından biri ilə görüşdə yetirmələrini sınayacaq. Çinlilərlə danışıq artıq müsbət yekunlaşmaq üzrədi. Digər rəqibin kimliyinə də gələn həftənin əvvəllərində aydınlıq gəlməlidi.
Qeyd edək ki, U-21 millimizin Antalya toplanışı fevralın 20-dən 26-dək baş tutacaq.