"Ermənistan "Bakı-2015" Avropa Oyunlarına qatılacaq" - AOK prezidenti

17:58 6 Fevral 2015

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrik Hikki Ermənistanın "Bakı-2015" Avropa Oyunlarına qatılıb-qatılmamağı, ermənistanlı oyunçuların oyunlar zamanı səhvə yol verəcəkləri halda, cəzalandırılmaları ilə bağlı suallara aydınlıq gətirib.

Sportarena.az Salamnews-ə istinadən xəbər verir ki, bu gün gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə keçirilən Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının yekun səfəri ilə bağlı təşkil edilmiş mətbuat konfransında P.Hikki bildirib ki, AOK-un bütün üzvləri "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək: “Amma hələlik "Bakı-2015"ə hansı sayda Ermənistan nümayəndəsinin qatılacağı barədə məlumat yoxdur. İlk Avropa Oyunlarında iştirak edəcək ölkələr öz nümayəndələri haqqında məlumatları bizə göndərməyə davam edir."

 


Digər xəbərlər

Xəbər xətti