Daha öncə xəbər verdiyimiz kimi Türkiyənin “Adanaspor” klubunun “Xəzər-Lənkəran” klubunun oyunçusu Ağabala Ramazanovun xidmətində maraqlı olduğunu açıqlamışdıq.
Məsələ ilə bağlı “Xəzər-Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.
Hüseyin Cəbrayıloğlu saytımıza açıqlamasında bildirdi ki, “Bəli, “Adanaspor” Ağabalanın xidmətində maraqlıdır. Amma bizə rəsmi şəkildə heç bir təklif olmayıb. Sadəcə, Antalyada keçirilən təlim-məşq zamanı “Adanaspor”un baş məşqçisi şifahi şəkildə Ağabalanın xidmətində maraqlı olduğunu bildirib. Rəsmi təklif olsa belə, futbolçu müqavilə əsasında bizə məxsusdur və satmaq fikrimiz yoxdur”.