Azərbaycan Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib. “Neftçi” öz meydanında “Simurq”la qolsuz bərabərə qalıb.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər veriri ki, mətbuat konfransında “Simurq”un baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:
"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.