Arif Əsədov: "Komandamın oyunundan razıyam"

18:31 6 Fevral 2015

Azərbaycan Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib. “Neftçi” öz meydanında “Simurq”la qolsuz bərabərə qalıb.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Arif Əsədov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

 “AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam”. 


Digər xəbərlər

Xəbər xətti