Türkiyənin Antaliya şəhərində təlim-məşq toplanışında olan “Neftçala” bu gün üçüncü yoxlama matçına çıxıb.
Sportarena.az xəbər verir ki, komanda bu dəfə Polşanın “Yaqelloniya” klubu ilə qarşılaşıb. Matç Kamal Quliyevin yetirmələrinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, 1-ci divizion təmsilçisi bundan əvvəlki oyunlarında Almaniyanın “Viktoriya” klubuna 2:1, Türkiyənin “Manavqatspor” komandasına isə 5:0 hesabıyla qalib gəlmişdi.