Millimizin baş məşqçisi: "Oyundan razı qaldım"

19:29 6 Fevral 2015

"1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir".

Sportarena.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 19 yaşadək qızlardan ibarət millimizin baş məşqçisi Patrisiya Qonzales Gürcüstanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.  

İspaniyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, xüsusilə beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Bu gün sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı atdıq".


Digər xəbərlər

Xəbər xətti