"Mançester Yunayted"in futbolçusu Anhel di Mariya İngiltərədən köçmək niyyətindədi.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu bir neçə gün öncə silahlı şəxslərin hücumuna məruz qalmışdı. O vaxtdan evinə qayıtmağa qorxan di Mariyanın İngiltərədən də köçəcəyi deyilir. "Daiy Mail" qəzetinin yaydığı məlumata inansaq, Anhelin ailəsi böyük psixoloji sarsıntı alıb və "Dumanlı Abion"da qalmaq istəmir. Bu üzdən istedadlı yarımmüdafiəçi klubunu dəyişə bilər.
Qeyd edək ki, PSJ argentinalı orta sahə futbolçusu ilə yaxından maraqlanır.