Kikboksçu futbol klubuna baş məşqçi təyin olundu

22:19 6 Fevral 2015

Vaxtilə rəqiblərinin qol-qanadını “sındıran” sabiq kikboksçu Rene Van Ek bundan sonra gücünü futbolçular üzərində sınayacaq.

Sportarena.az xəbər verir ki, Hollandiyanın ikinci divizionunda mübarizə aparan “Den Boş”u Ek çalışdıracaq. Rəhbərlik böyükhesablı məğlubiyyətdən sonra belə addım atıb.

Van Ek futbolçu karyerası ərzində kikboksinqlə də məşğul olub. Məşqçi olandan sonra da o, yetirmələrini kikboksinqin üsullarıyla hazırlaşdırmasıyla tanınıb. O, “Den Boş”lu futbolçularla işə başlayacağı günü səbrsizliklə gözlədiyini deyib.

Futbolçu karyerasını 2001-ci ildə başa vuran Rene 4 il “Den Boş”un şərəfini qoruyub.

 


Digər xəbərlər

Xəbər xətti