"İnter" Azərbaycan Premyer Liqasının 20-ci turunda "Xəzər Lənkəran"a qarşı səfər oyunu öncəsi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, bank klubunun yeni transferi Əfran İsmayılov sabiq komandasına qarşı oynaya bilməyəcək. Əfran zədəsini sağaltsa da, həkimlər hələ ki, onun meydana çıxmasına icazə verməyiblər.