Rusiya Futbol İttifaqı Kapelloya 400 milyon ödədi

11:28 7 Fevral 2015

Rusiya Futbol İttifaqı (RFİ) cümə günü Rusiya milli komandasının baş məşqçisi Fabio Kapellonun əmək haqqının ödənilməsi üzrə pul vəsaitlərinin köçürülməsi ilə bağlı lazımi əməliyyatları həyata keçirib.

Sportarena.az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Cümə axşamı iş adamı Əlişir Usmanov italiyalı mütəxəssisə olan borcun tamamilə ödənilməsi üçün RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayıracağını bəyan edib.

Rəsmi mənbələrdən öz təsdiqini tapmayan məlumata görə, məbləği açıqlanmayan ilk tranş ötən gün Kapellonun hesabına köçürülüb.

 


Digər xəbərlər

Xəbər xətti