ÖZƏL: "Xəzər-Lənkəran" rəhbərliyi oyunçulara mükafat vəd etdi

12:41 7 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunun son qarşılaşmasında “Xəzər-Lənkəran” “İnter” ilə qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, Elbrus Məmmədovun gəlişindən sonra qələbə üzünə həsrət qalan “ağ-yaşıllar” bu gün uğursuzluğa son qoymaq fikrindədir. Klubun mətbuat xidməti Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında qələbə üçün rəhbərliyin oyunçulara pul mükafatı təyin etdiyini bildirib. Mükafatın məbləği isə açıqlanmayıb.

Qeyd edək ki, görüş bu gün saat 17:00-da start götürəcək və klubun rəsmi saytı ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti