Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” səfərə ciddi itkilərlə yollanıb.
Sportarena.az xəbər verir ki, “bankirlər”in xüsusən də, müdafiə xətti ilə bağlı problemləri var.
Antalya toplanışı zamanı zədələnən sol cinah müdafiəçisi Aleksandr Amisulaşvili Lənkəran səfərində də komandasına kömək edə bilməyəcək. Dörd sarı vərəqə limitini dolduran mərkəz müdafiəçisi Yohan Bokonyano da bugünkü görüşü buraxacaq. Son transfer Vojislav Stankoviç isə hələ PFL-ə təqdim edilmədiyindən, serbiyalı müdafiəçinin debütü yubanacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu saat 17:00-da başlayacaq.