Daha öncə də xəbər verdiyimiz kimi, dünən Azərbaycan Premyer Liqasında keçirilən “Neftçi” – “Simurq” oyunu zamanı son oyunlarda uğursuz nəticələrdən qəzəblənən meydan sahiblərinin azarkeşləri baş məşqçi Arif Əsədovu istefaya səsləyiblər. Baş verənlərlə bağlı “Neftçi” klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.
Abbaszadə saytımıza açıqlamasında azarkeşlərin etirazına münasibətini bildirdi: “Azarkeşləri başa düşmək olar. Onlar hər oyunda yaxşı nəticə istəyirlər. Ona görə də emosiyanaldırlar. Düzdür, komanda son oyunlarda uğursuzluq yaşayır. Amma, azarkeşlər etiraz etmək əvəzinə, əksinə bizə sona qədər dəstək olmalıdırlar ki, uğurlu nəticələr qazanaq. Dünənki oyuna siz də baxdız. İlk hissədə yetərincə qol vəziyyəti oldu. Sadəcə bəxtimiz gətirmədi”.
“Ağ-qaralar”ın mətbuat katibi həmçinin Arif Əsədovun istefaya göndərilib-göndərilməməsi məsləsinə də toxunub: “ Arif bəyin istefaya göndərilməsi müzakirə mövzusu deyil. O, komandada qalacaq”.