Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən “Qəbələ” – AZAL matçı qonaqların qələbəsi ilə sona çatdı. Oyunun uzatma dəqiqəsində Rəşad Abdullayevin penaltidən vurduğu qol AZAL-a 3 xal qazandırdı.
Oyundan sonra isə Rəhim Həsənovun verdiyi penalti futbol camiəsində müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər qayda pozuntusunun cərimə meydançası daxilində deyil, çölündə baş verdiyini iddia edirlər. İddia olunur ki, AZAL-ın futbolçusuna zərbə dəydiyi an cərimə meydançasının çölündə olmuşdu.
Buna görə də, Sportarena.az həmin epizodu yenidən diqqətinizə çatdırır: