"Sevilya" klubu ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın qapıçısı Betu zədələnərək sıradan çıxıb.
Madrid "Real"ı ilə La Liqanın 16-cı turundan təxirə salınmış oyunun 35-ci dəqiqəsində Benzema ilə toqquşan 32 yaşlı qolkiper görüşü davam etdirə bilməyib.
Çiynindən zədələnən qapıçının 2,5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.