Zlatan İbrahimoviç Türkiyəyə yollanır

16:15 7 Fevral 2015

İsveç millisinin və PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Türkiyə səfərinə hazırlaşır.

Sportarena.az xəbər verir ki, İbra Trabzona gələcək.

Bu, heç də transfer məsələsi ilə bağlı deyil. Sadəcə olaraq, “Trabzonspor”un yeni transferi olan Ərkan Zəngin İsveç millisində bir yerdə oynadığı dostunu Trabzona dəvət edib.

“Zlatan mənə söz verdi, Trabzona gələcək. O, dağları gəzməyi çox sevir. Bundan sonrası artıq prezidentimizə qalıb”, deyən Ərkan Zəngin zarafatla klub prezidenti İbrahim Hacıosmanoğluna mesaj yollayıb.

 


Xəbər xətti