İbrahim Uzunca: "Təşvişə düşüb iki qol buraxdıq"

18:24 7 Fevral 2015

Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”ın qonağı olan “Bakı” 1-4 hesabı ilə məğlub olub.

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi İbrahim Uzunca oyun barədə fikirlərini bölüşüb:

“Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. "Qarabağı" təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk".


Digər xəbərlər

Xəbər xətti