Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qarabağ" - "Bakı" keçirilməyə bilərmiş. Sportarena.az xəbər verir ki, paytaxt klubunun üzvləri komandadakı maliyyə problemlərinə etiraz əlaməti olaraq ağdamlılarla oyuna çıxmaqdan imtina edibmiş.
Lakin bu gün səhər saatlarında AFFA-nın baş katibi Elxan Məmmədov "zolaqlılar"ın bazasına baş çəkib. O, "Bakı"nın futbolçularına problemlərinin yoluna qoyulacağına dair söz verib. Həmçinin baş katib "Bakı"nın bazasının su probleminin də həllinə nail olub.