Mahir Şükürov oynadı, komandası qələbə qazandı - VİDEO

00:10 8 Fevral 2015

Türkiyə PTT I Liqasının XIX turunda növbəti oyunlar keçirilib.

Sportarena.az xəbər verir ki, bu tur millimizin futbolçularının klubları üz-üzə gəlib.

Belə ki, yığmamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” doğma azarkeşləri önündə yarımmüdafiəçimiz Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”u sınağa çəkib. Görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Bu oyunda təmsilçilərimizin dueli baş tutmayıb. Çünki Mahirin start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə apardığı matçda Cavid yer almayıb. İmamverdiyevin adı heç “18-liy”ə belə salınmayıb.

Qeyd edək ki, bu qələbədən sonra “Karşıyaka” 29 xal toplayıb və turnir cədvəlində müvəqqəti də olsa, 5-ci pilləyə yüksəlib. “Elazığspor” isə 23 xalla 11-ci sırada yer alır. 

 


Digər xəbərlər

Xəbər xətti