Millimizin rəqibi Rumıniya ilə bacarmadı

10:45 8 Fevral 2015

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Bolqarıstan yığması Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Sportarena.az xəbər verir ki, İvaylo Petevin komandası toplanış çərçivəsində Rumıniya yığması ilə yoxlama görüşündə qüvvəsini sınayıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, Bolqarıstan millisi seçmə mərhələdə növbəti oyununu martın 28-də İtaliyaya qarş keçirəcək. 

 


Digər xəbərlər

Xəbər xətti