"Xəzər Lənkəran" klubu daha bir ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, "İnter"lə Azərbaycan Premyer Liqasının 30-cu turun oyununun 29-cu dəqiqəsində Alfred Sanko ayağındakı ağrılara dözməyərək, yerə yıxılıb.
Meydaha dəvət edilən həkimlər ilkin tibbi yardım göstərsələr də, sierra leoneli yarımmüdafiəçi oyuna davam edə bilməyib. Həkimlərin müşayiəti ilə meydan tərk edən 26 yaşlı Sankonu gənc futbolçu Anar Babazadə əvəzləyib.
Qeyd edək ki, ilk yarıdan sonra "İnter" Məhəmməd Mirzəbəyovun gözəl qolu ilə öndədir - 1:0.