Sanko "Neftçi" ilə oyunu buraxa bilər

13:24 8 Fevral 2015

Daha öncə xəbər verdiyimiz kimi 20-ci turun son oyunu olan “Xəzər-Lənkəran” – “Neftçi” qarşılaşması zamanı meydan sahiblərinin oyunçusu Alfred Sanko oyunun 29-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Zədənin nə qədər ciddi olub-olmaması ilə bağlı klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Cəbrayıloğlu saytımıza açıqlamasında Sankonun hələ də bərpa məşqlərinə qoşulmadığını, böyük ehtimalla “Neftçi” ilə oyunda iştirak edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşması fevralın 11-i saat 16:00-da “Bakcell Arena”da oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti