Son dövrlərdə Zaqatalanın “Simurq” klubunun uğurlu çıxışı diqqətdən qaçmır. Premyer Liqada ilk üçlüyün bir addımlığında olan klub son turda “Neftçi” ilə bərabərə qaldı. Klubun yüksəlişi ilə əlaqədar “Simurq”un sadiq azarkeşlərindən olan İnqilab Soltanovla əlaqə saxladıq. Soltanov saytımıza açıqlamasında Zaqatala klubunun yüksəlişinin səbəblərindən danışdı:
“İlk öncə onu deyim ki, “Neftçi” ilə oyunda təxminən 50 Simurq azarkeşi doğma “Simurq” kulubunu dəstəkləmək üçün Bakıya gəlmişdi. Oyunun başlamasına 10 dəqiqə qalmış isə təxminən 20 “Xəzər Lənkəran” azarkeşi “Simurq”u dəstəkləmək üçün bizim olduğumuz sektora gəldilər və 90 dəqiqə bizimlə bərabər “Simurq” kulubuna dəstək oldular. Buna görə biz Zaqatala azərkeşləri Sportarena.az vasitəsi ilə bütün Lənkəran azarkeşlərinə təşəkkür edirik. Bu isə onu göstərir ki bölgə kulubları, əsasən də Zaqatala, Lənkəran və Qəbələ azərkeşləri daim bir-birinə arxadır.
Oyuna gəldikdə isə, “Simurq” Avropaya vəsiqə qazanmaq üçün biz azarkeşlərə və rəhbərliyə soz verib. Ona görə də biz hər oyunda “Simurq”dan yaxşı nəticə gözləyirik. Oyun gərgin və maraqlı keçdi. Hər iki tərəf qalib gələ bilərdi. İlk hissədə “Neftçi” üstünlüyə malik idi. İmkanlardan istifadə edə bilmədilər. İkinci hissədə isə “Simurq” çox yaxşı oynadı, sadəcə qol imkanlarından istifadə edə bilmədi. Bərabərliyi haqlı nəticə hesab edirəm.
Ümumiyyətlə “Simurq” son 3 ildə Azərbaycanda ən ağıllı və az pul xərcləyərək yaxşı transferlər edən klubdur. Dəqiq bilirəm ki bu transferlər şəxsən kulubun prezidenti Anar Bəkirovun nəzarəti altında baş verir. Anar müəllim kuluba prezident təyin olunduqdan sonra Zaqatala futbolnda böyük dəyişikliklər olub. Artıq 5 Zaqatalalı futbolçu müqavilə əsasında “Simurq”un şərəfini qoruyur. Əvəzedici heyyət son 2 ildə gümüş və bürünc medallar qazanıb. Bu il isə yenə də medallara əsas namizədlərdəndir. Zaqatala futbolunun inkişafi ücün böyük işlər görən Anar Bəkirova və rəhbərliyə Zaqatala azərkeşləri adından təşəkkür edirik. İnaniriq ki, “Simurq” bu rəhbərlik, bu məşqçilər və futbolçularla Avropaya vəsiqə qazanıb 120 minlik Zaqatala əhalisini sevindirəcək”.