Azərbaycan Premyer Liqasının 20-ci turunda qeydə alınmış azarkeş sayı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ən çox azarkeş "Xəzər Lənkəran" - "İnter" (1:2), ən az isə "Qarabağ" - "Bakı" matçında (4:1) qeydə alınıb.
Lənkəran stadionundakı qarşılaşmanı 2500, mərkəzi arenadakı görüşü isə cəmi 450 tamaşaçı izləyib.
Turun digər oyunlarından "Neftçi" - "Simurq" matçına (0:0) 1000, "Qəbələ" - AZAL oyununa (0:1) isə stadiondan 1500 azarkeş baxıb.
20-ci turun 4 oyununu cəmi 5450 azarkeş stadionlardan izləyib.