Qərarını verdi: İtaliyanın sükanı arxasından gedir

16:00 8 Fevral 2015

İtaliya millisinin baş məşqçisi Antonio Konte gözlənilməz qərar verib.

Sportarena.az xəbər verir ki, o, tutduğu vəzifədən getməklə əlaqədar ölkəsinin futbol federasiyasının rəhbərliyinə müraciət edib.

Kontenin belə bir fikrə düşməsinə klublarla federasiya arasında fikir ayrılığı səbəb olub. Bildirilib ki, “Yuventus” və “Roma”nın İtaliya millisinin fevralda keçiriləcək təlim-məşq toplanışına futbolçularını buraxmamaq qərarı Kontenin narazılığı ilə qarşılanıb. O, klublar tərəfindən belə bir addımın millinin çıxışına mənfi təsir edəcəyini qənaətinə gəlib.

Məlumata görə, Konte millini indi yox, “Avro-2016”nın seçmə mərhələsi bitəndən sonra tərk etmək niyyətindədir.

Məsələ ilə əlaqədar bu gün Kontenin federasiya rəhbərliyi ilə görüşü gözlənilir.

Xatırladaq ki, Antonio Kontenin rəhbərlik etdiyi İtaliya millisi Azərbaycan yığmasının da daxil olduğu “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda  mübarizə aparır. 

 


Digər xəbərlər

Xəbər xətti