"Konqo" bürünc medallara sahib çıxdı

17:26 8 Fevral 2015

Dünən Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda görüş keçirilib.

Sportarena.az xəbər verir ki, 3-cü yer uğrunda matçda ev sahibi Ekvatorial Qvineya və Konqo Demokratik Respublikası qarşılaşıb.

Əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitən oyunun penaltilər seriyasında qonaqlar sevinən tərəf olub.  Penaltilər seriyası 2:4 hesabı ilə qonaqların xeyirinə başa çatıbvə Konqo bürünc medallara sahib çıxıb.

Afrikanın ən güclüsünün adına bu gün keçiriləcək Qana - Fil Dişi Sahili oyunundan sonra aydınlıq gələcək.

 

7 fevral

3-cü yer uğrunda oyun

Ekvatorial Qvineya - Konqo DR 0:0 (pen-2:4)

 


Digər xəbərlər

Xəbər xətti