"Qalatasaray" "Mançester Siti"nin hücumçusunu istəyibmiş

18:24 8 Fevral 2015

"Mançester Siti"nin futbolçusu Yovetiçin agenti Redzepeqiç "Qalatasaray" klubundan təklif aldıqlarını bildirib.

Sportarena.az xəbər verir ki, 25 yaşlı forvardın meneceri bunları deyib:

”Bu mövsüm "Fənərbağça"dan təklif almadıq. Ötən mövsüm isə Mançini Yovetiçi "Qalatasaray"da görmək istədiyini bildirmişdi. "Qalatasaray" klubu Yovetiçi icarə əsasında istədiyinə görə transfer baş tutmamışdı"

Qeyd edək ki, çernoqariyalı futbolçu "Fiorentina"dan "Mançester Siti"yə 26 milyon avro qarşılığında transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti