Rednik ən yaxşı, Məmmədov 12-ci - STATİSTİKA

19:23 8 Fevral 2015

“Neftçi” ilə oyunların tarixində “Xəzər Lənkəran”ın ən yaxşı  məşqçisi kimdir?

Bu suala dəqiq cavabı yalnız statistik faktlarda axtarmaq lazımdır. Gəlin araşdıraq.

Premyer Liqanın XXI turu çərçivəsində fevral ayının 11-də səfərdə keçiriləcək “Neftçi” ilə qarşılaşma “Xəzər Lənkəran”ın əsas heyətinin baş məşqçisi Elbrus Məmmədovun “ağ-qara”larla ilk oyunu olacaq. Qeyd edək ki, əvəzedicilərin çempioatında “Neftçi” ilə kifayət qədər qarşılaşsa da bu onun Premyer Liqada ilk “Böyük oyun”udur. Bundan başqa Elbrus Məmmədov “Xəzər Lənkəran”ı “əzəli rəqib”inə qarşı döyüşə çıxaran 12-ci çalışdırıcıdır. Belə ki, Məmmədova qədər “Neftçi” ilə oyunlarda komandamızı 11-məşqçi meydana çıxarmışdır.

Ağasəlim Mircavadov və Mirça Rednik 8, Con Toşak və Rasim Kara 4, Yunis Hüseynov 3-oyunda, Mustafa Dənizli 2, Oğuz Çetin 2, Karles Martorell , Viktor Pasulko, Şenol Fidan və İqor Ponamaryov isə hərəyə bir dəfə paytaxt təmsilçisi ilə görüşlərdə komandamıza rəhbərlik ediblər.

 “Neftçi” ilə matçlarda lider məşqçi isə hələlik Mirça Rednikdir. Qeyd edək ki, komandamız məhz Rumın çalışdırıcının başçılığında ən çox -13 xal toplaya bilmidşdir. Hətta 06.11.2011 tarixində keçirilmiş və “Neftçi”nin 5:0-lıq qələbəsi ilə bitən TORBA əməliyyatlı oyun da Rednikin qazandığı reputasiyaya mənfi təsir edə bilməyib.

“Neftçi” ilə keçirilən oyunların statistik siyahısında Mirça Rednikdən sonra sırada gələn Ağasəlim Mircavadov 10-xal, Con Toşak 5-xal, Rasim Kara və Yunis Hüseynov 4-xal, Karles Martorell 3-xal, Viktor Pasulko, Mustafa Dənizli və Oğuz Çetin 1-xal qazana bilmişlərsə, İqor Panomaryov və baş məşqçi əvəzi olmuş Şenol Fidan, “Neftçi” ilə oyunlardan xalsız ayrılıblar.

Mənbə:12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti