İbrahimoviç hakimləri xarici dildə söyürmüş

20:00 8 Fevral 2015

"Lion"un baş məşqçisi Yuber Furnye iddia edir ki, PSJ-nin lideri Zlatan İbrahimoviç hakimləri təhqir edir.

Sportarena.az xəbər verir ki, Yuber Zlatanın hakimləri əcnəbi dildə təhqir etdiyini bildirib. O, idda edib ki, isveçli cəzadan qaçmaq üçün ədalət təmsilçilərini xarici dildə söyür:

"Fransa çempionatında bütün hakimlər Zlatan İbrahimoviçin təhqirlərinə tuş gəlib. Bizim hakimlər xarici dilləri bilmədiklərinə görə, onu başa düşmürlər".

Fransa çempionatında turnir cədvəlinə başçılıq edən "Lion" fevralın 8-də öz meydanında "Pari Sen-Jermen"i qəbul edəcək. 
Əvvəllər İtaliyanın "Yuventus", "Milan" və "İnter", İspaniyanın "Barselona", Hollandiyanın "Ayaks" klublarında çıxış edən İsveç yığmasının kapitanı boşnak, isveç, ingilis, ispan və italyan dillərində sərbəst danışır.


Digər xəbərlər

Xəbər xətti