Yığmamızın futbolçusu Vaqif Cavadovun formasını geyindiyi “Boluspor” Türkiyə PTT I Liqasının 19-cu turunda növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, təmsilçimizin komandası millimizin digər hücumçusu Branimir Subaşiçin heyətində çıxış etdiyi “Manisaspor”la üz-üzə gəlib.
Qarşılaşma “Boluspor”un qələbəsi ilə yekunlaşıb – 1:2.
Vaqif Cavadov oyunun son dəqiqəsində meydana çıxıb. Vaqifdən fərqli olaraq, serb əsilli azərbaycanlı forvardın adı heç “18-liy”ə də salınmayıb.
Qeyd edək ki, hazırda aktivində 26 xal olan “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır. “Manisaspor” isə 17 xalla 17-ci yerdədi.