Bundesliqanın azərbaycanlıları sülh bağladı

22:32 8 Fevral 2015

Almaniya ikinci bundesliqasında 20-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Dmitri Nazarovla Toğrul Eratın komandaları hesabat turunda bir-biri ilə qarşılaşıb.

Belə ki, Nazarovun komandası "Karlsrue" öz meydanında Eratlı "Fortuna"nı qəbul edib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Dmitri meydana 63-cü dəqiqədə çıxıb, Toğrul isə 86-cı dəqiqədə döyüşə atılıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 34 xalla 3-cü pillədə, Düsseldorf təmsilçisi isə 32 xalla 6-cıdır.

 


Digər xəbərlər

Xəbər xətti