İspaniyanın "Atletiko" klubu ciddi itkiyə məruz qalıb.
Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Koke La Liqanın 22-ci turunda "Real Madrid"ə qarşı keçirilən oyunun 10-cu dəqiqəsində zədələnib.
İspaniyalı futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.