İspaniya La Liqasının 22-vi turunda “Barselona” səfərdə “Atletik”lə qarşılaşıb. Bu oyun qonaqların hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, matçın 12-ci dəqiqəsində cərimə zəribəsindən hesabı açan Argentina millisinin hücumçusu Kataloniya təmsilçisinin sabiq futbolçusu Rivaldonu keçib.
Belə ki, “Atletik”in qapısına vurduğu qol Messi üçün “Barsa”da standart vəziyyətlərindən 12-cisi olub.
20 ildə yalnız 3 futbolçu daha çox fərqlənib. Kriştianu Ronaldo və Ronaldinyo 15, Roberto Karlos isə 16 dəfə rəqib qapıçılarını cəzalandırıb.
Qeyd edək ki, “Barselona” “Atletik”ə səfərdə 2:5 hesabı ilə qalib gəlib.