Stadion qarışdı, 14 nəfər azarkeş həlak oldu

11:30 9 Fevral 2015

Misir futbolunda növbəti dəfə faciə baş verib.

Sportarena.az xəbər veriri ki, Qahirədə "Zamalek" klubunun 14 fanatı polislə toqquşma nəticəsində həlak olub.

Belə ki, “Enppi” ilə oyunöncəsi bilet almaq istəyən azarkeşlər polislərin müqaviməti ilə üzləşib. Tribunalara giriş qismən məhdudlaşdırılıb. Cəmi 5 min biletin satılmasına məhəl qoymayan tapaşaçılardan 14-ü dünyasını dəyişib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, 2012-ci ilin fevralında “Əl-Məsri” və "Əl-Məhri” arasında keçirilən oyun zamanı stadionun çıxışında kütləvi dava baş verib. Daha sonra basırıq nəticəsində 70-dən çox insan dünyasını dəyişib. 2014-cü ilin dekabrında isə Misir Futbol Assosiasiyası ölkə çempionatında yeni qərar çıxarıb ki, yalnız sadiona 5 min azarkeş buraxılsın.

 


Digər xəbərlər

Xəbər xətti