Hüseyn Cəbrayıloğlu: "Azərbaycanın ən yaxşı azarkeşləri “Xəzər-Lənkəran azarkeşləridir"

13:05 9 Fevral 2015

Azərbaycan Premyer Liqasının 21-ci turunda yenidən “Böyük Oyun” həyacanı yaşanacaq. “Neftçi” öz meydanında “Xəzər-Lənkəran”ı qəbul edəcək.

Sportarena.az saytı qonaqların düşərgəsində son vəziyyəti öyrənmək üçün klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb. Cəbrayıloğlu saytımıza açıqlamasında bildirib:

“Bu gün Lənkəranda son məşqi keçiririk. Sabah, komanda Bakıya yola düşəcək və oyunun keçiriləcəyi “Bakcell Arena”da oyunöncəsi hazırlıqlarını davam etdirəcək. Heyətdə zədəli futbolçu yalnız Alfred Sankodur. Onun “Neftçi” ilə oyunda oynamaq şansı çox azdır”.

Cəbrayıloğlu həmçinin stadiona qonaq azarkeşlərin buraxılmamasına da münasibət bildirib:

“Oyuna qonaq azarkeşlərinin buraxılmaması ilə çempionat 3-5 min azarkeşdən məhrum olacaq. Azərbaycanın ən yaxşı azarkeşi “Xəzər-Lənkəran azarkeşləridir və hər oyuna rəng qatırlar. İstənilən halda bu yöndə itirən bizik və ümüd edirik ki, növbəti oyunlarda bu qadağa aradan qalxar”. – Cəbrayıloğlu bildirib.

Qeyd edək ki, fevralın 11-i saat 16:00-da “Bakcell Arena”da oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti