Azərbaycan Premyer Liqasının XX turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verri ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında özünün 50-ci qolunu vurub. “Qəbələ” ilə səfər oyununda komandasına qələbə qazandıran (1:0) qolu penaltidən vuran yarımmüdafiəçi bu qarşılaşmayadək iştirakçısı olduğu 325 görüşdə 49 dəfə fərqlənmişdi. Mövsümdəki 5-ci qol isə ümumilikdə 50-ci olub.
İlk qolunu 2000-ci il aprelin 16-da “Xəzər Universiteti” – “ANS-Pivani” matçının (1:0) 33-cü dəqiqəsində vuran Abdullayev 5 komandanın heyətində fərqlənib. Hazırda “İnter” adlanan “Xəzər Universiteti” və “Xəzər Lənkəran”ın hərəsində 12, “Neftçi”də 16, “Qəbələ” və AZAL-ın hərəsində 5 dəfə rəqib qapılarına yol tapıb. 50 və daha çox qol vuran digər oyunçular isə ya karyerasını bitirib, ya da çempionatda çıxış etmir.