"Qəbələ"dən ayrılan futbolçu İtaliya klubunda

13:56 9 Fevral 2015

Qış fasiləsində “Qəbələ”dən ayrılacağı deyilən, lakin transfer xəbəri çıxmayan Andrey Kristeanın karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib.

Sportarena.az Rumıniya mətbuatına istinadən xəbər veriri ki, 31 yaşlı hücumçu İtaliyaya köçəsi olub. 

Ölkəsinin “Astra” və “Tarqu Mureş” klubları ilə danışığı baş tutmayan rumıniyalı futbolçu fərqli qərar qəbul edib. O, İtaliyanın Leqa Pro/C liqasında çıxış edən “Salernitana” klubu ilə anlaşıb.

Yeni klubu ilə rəsmi sözləşməyə qol çəkən Kristea “Salernitana” rəhbərliyinə transfer məsələsində də yardımçı olur. Belə ki, o, həmyerlisi, “Rapid”in futbolçusu Aleksandru Yakobun İtaliya klubuna keçidinə kömək edir. Yakobla danışıq aparan “Salernitana” rəhbərliyi məhz Kristeanın vasitəçiliyi ilə bu transferi həll etmək niyyətindədi.

Qeyd edək ki, “Qəbələ”yə Dorinel Muntyanunun vaxtında gətirilən Kristea Azərbaycan çempionatında 8 oyunda iştirak etsə də, qol hesabını aça bilməmişdi.  

 


Digər xəbərlər

Xəbər xətti