"Arsenal"ın futbolçusu Aleksis Sançes zədəsini sağaldıb.
Sportarena.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O bildirib ki, çilili hücumçu İngiltərə Premyer Liqasında "Lester"ə qarşı matçda iştirak edə biləcək.
Qeyd edək ki, A.Sançes zədə səbəbindən "Aston Villa" və "Tottenhem"lə oyunları buraxmışdı.