İtaliya millisindən gedəcəyi gündəmdə olan Antonio Kontenin artıq yeni iş yeri də tapdığı deyilir.
Sportarena.az xəbər verir ki, 45 yaşlı mütəxəsis mövsümün sonunda "Milan"ın sükanı arxasına keçəcək. "Milan" rəhbərliyi komandanın qeyri-qanaətbəxş çıxışından narazı olsa da, mövsümün sonuna kimi gözləməyi qərara alıb. Baş məşqçi Filippo İnzaqinin qarşısına "Milan"ı avrokuboklara çıxarmaq məqsədi qoyulsa da, "rossoneri" turnir cədvəlinin 12-ci pilləsini tutur. İtaliya Futbol Federasiya və klubların əməkdaşlığından narazı qalan Kontenin mövsümün sonunda "Milan"a təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Konte daha öncə "Bari", "Atalanta", "Siena" və "Juventus" klublarında çalışıb.