"Beşiktaş"ın çempion olacağı təqdirdə azarkeşləri Sultanahmet Camisinə sübh namazına dəvət edən Demba Ba məscidin imamı İshaq Kızılarslandan dəstək alıb.
Sportarena.az xəbər verir ki, Kızılarslan Demba Ba və azarkeşləri məsciddə gözlədiklərini bildirib.
"Məscidimizin hər tərəfi açıqdır. Lazım gəlsə, Ayasofya meydanını da istifadə edərik. Bayram namazlarında 70 min nəfərə yer çatır. Mən "Fenerbahçe" azarkeşiyəm. Oğlumun isə "Beşiktaş"a simpatiyası var və Demba Banı çox sevir. "Fenerbahçe", "Qalatasaray", "Trabzonspor" fanatlarını da dəvət edirik. Demba Banın sayəsində, bəlkə, namaza vərdiş edərlər. Bir insan zəfər qazananda, qalibiyyət və ya dünyəvi nemətlər əldə edəndə Allaha şükür səcdəsini yerinə yetirməlidir. Günümüzdə zəfərlər İslama uyğun olmayan şəkildə istifadə olunur. Çempionluğu zəfər hesab etsək, Banın Sultanahmet Camisini yada salması, sübh namazına dəvəti anlamlı mesajdır. Onun azarkeşləri ən dəyərli olana çağırması çox gözəldir. Vaxtilə mən də həvəskar futbolla məşğul olurdum. Üniversitetdə oxuyanda peşəkar təklif almışdım. Amma təhsilimə görə alınmadı".