"Biz yaxşı çıxış etdik. Amma penaltilərdə uduzmaq da futbolda var. Rəqibdən daha güclü təsir bağışlasaq da, məğlub olduq. Komanda ilə fəxr edə bilərik".
Sportarena.az xəbər verir ki, bu sözləri Qana milli komandasının baş məşqçisi Avraam Qrant deyib. Komandanın kapitanı Asamoah Qyan isə finaldakı məğlubiyyətdən məyusluğunu dilə gətirib.
"Penalti seriyalarını kənardan izləməli oldum. Biz 2:0 üstün idik. Amma Kot-d`İvuar geri dönüş edib qələbə qazandı. Çıxışımızdan narazı deyiləm. Kot-d`İvuar 2006 və 2012-ci illərdə finalı penalti seriyalarında uduzmuşdular. Bu onların 3-cü sınağı oldu. Bizsə tarix yazmaq istəsək də, alınmadı. Kifayət qədər yaxşı gənc futbolçularımız var. Ümid edirik ki, növbəti turnirə daha güclü gələcəyik".