"Yuventus" "Zenit"in fovardını almaq istəyir

19:10 9 Fevral 2015

"Juventus"un prezidenti Andre Anyelli və idman direktoru Fabio Paratiçi "Zenitin futbolçusu Aksel Vitselin transferi ilə bağlı danışıqlar aparıblar.

Sportarena.az xəbər verir ki, danışıqlar zamanı futbolçunu agenti Lusiano D`Onofrio təmsil edib. Po Poqbanın yayda "Juventus"dan ayrılacağı barədə xəbərlər Turin klubunu ona potensial əvəzedici axtarmağa vadar edib.

Qeyd edək ki, Vitsel 2012-ci ildə 40 milyon avro qarşılığında "Standart"dan "Zenit"ə transfer olunmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti