“Şaxtyor" klubunun hücumçusu Luis Adriano "Roma" barədə fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, braziliyalı forvard İtaliya klubuna transfer olunmaq istədiyini etiraf edib.
"Roma" və "Şaxtyor" mənim transferim barədə razılığa gələ bilmədilər. Dəqiq bir şeyi bilirəm. Hələ ki "Shakhtar"ın şərəfini qoruyuram. "Roma" zəngin tarixə malik komandadır. Onlar çempionluq uğrunda mübarizə aparırlar. Ora keçmək karyeram üçün əla imkan olardı. "Roma"da oynamağı çox istərdim".