Ronaldo "Real Madrid"in gücündən danışdı : "La Liqanı qazanacağımıza inanıram"

19:18 9 Fevral 2015

"Real Madrid" klubunun hücumçusu Kriştiano Ronaldo La Liqanın 22-ci turunda məğlub olduqları "Atletiko" ilə oyun haqda danışıb.

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu BBC-yə açıqlamasında komandasının "Atletiko"dan güclü olduğunu iddia edib:

"Real" "Atletiko"dan güclüdür. Ancaq bunu meydanda nümayiş etdirməli idik. Məğlubiyyətə baxmayaraq, hələ də turnir cədvəlinə başçılıq edirik. Bu oyunu tezliklə unutmalıyıq. Çünki "Real" heç bir kluba 0:4 hesabı ilə məğlub ola bilməz. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq və La Liqanı qazanacağımıza inanıram". 

Qeyd edək ki, səfərfə "Atletiko"ya 0:4 hesabı ilə uduzan "Real" 23-cü turda evdə "Deportivo"nu qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti