Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI turun sabah keçiriləcək 3 oyunu üçün bütün təyinatlar məlum olub.
Sportarena.az PFL-in rəsmi saytına istinadən həmin təyinatları təqdim edir:
10 fevral (çərşənbə axşamı)
“Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Yusif Hüseynov
Hakim-inspektor: Ədilxan Hümbətov
“Dalğa Arena”, 13:00
AZAL – “Qarabağ”
Hakimlər: Nahid Xasıyev, Habil Əliyev, Murad Kərimov, Rəşad Aydınov
Hakim-inspektor: Əmir Zamanov
“AZAL Arena”, 12:00
“Bakı” – “Sumqayıt”
Hakimlər: Emin Nağıbəyov, Aleksandr Musatkin, Hüseyn İmanov, Elxan Müslümov
Hakim-inspektor: Rəhman Tağıyev
“Bakı”nın təlim-məşq bazasının stadionu, köməkçi meydança, 14:00