Ukraynanın ulduz futbolçusu karyerasını bitirdi

19:32 9 Fevral 2015

"Liverpul"un, Moskva "Dinamo"sunun, "Bayer"in və Ukrayna yığmasının sabiq hücumçusu Andrey Voronin karyerasını bitirib.

 Sportarena.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun agenti Andrey Qolovaş məlumat verib. Onun sözlərinə görə, hücumçu belə qərarı 2013-cü ilin payızında aldığı zədə üzündən qəbul edib:

 "Zədəni müalicə etmək üçün müxtəlif variantlar var idi. Amma "Dinamo"da əməliyyata üstünlük verdilər. Nəticədə dekabr ayında Cenevrədə Andrey onurğa sütunundan əməliyyat olundu. Bu cür əməliyyatdan sonra oynamaq, demək olar ki, mümkün deyil.

 Əlbəttə, biz həkimlərlə məsləhətləşmələr apardıq. Onlar bir il gözləməyi və sonra hansısa bir qərar qəbul etməyi məsləhət gördülər. Budur, bir il keçdi. Andrey xeyli fikirləşdi. Lakin elə vəziyyət yarandı ki, butsları birdəfəlik soyunmaq lazım gəldi. Bu qərarı vermək asan olmadı".

 Hücumçu Ukrayna yığmasının heyətində 74 oyun keçirib, 8 qol vurub. Onun ən yaxşı illərini “Liverpul”da keçirdiyini də qeyd edək.


Digər xəbərlər

Xəbər xətti